Polis qanunsuz silahları ələ keçirdi 

22:37 15.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabad və Oğuz sakinləri qanunsuz saxladıqları odlu silahları təhvil veriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 5 ədəd müxtəlif markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər.

 

Bundan başqa, Oğuz rayon sakinləri də qanunsuz saxladıqları silahları polisə könüllü təhvil veriblər. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları 2 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.